Əsas Səhifə > Maraq > "Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib
"Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib19-07-2025, 10:30 |
![]() Türkiyənin "Fənərbağça" klubu İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə görüşlmələrə başlayıb. BrendSport.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in prezidenti Əli Koç transferi həyata keçirmək üçün böyük səy göstərir. Digər Superliqa kollektivi "Qalatasaray"ın da transfer siyahısında yer alan 31 yaşlı yarımmüdafiəçinin hansı seçimi edəcəyi maraq doğurur. Qeyd edək ki, Türkiyə millisinin də formasını geyindiyi H.Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir. Geri qayıt |