Əsas Səhifə > Maraq > EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib

EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib


17-07-2025, 16:20


Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla Həşimova, Məryəm Hüseynova, Nihad Xudoyev, Çingiz İsayev və Asiman Qasımov mübarizə aparacaqlar.

Məşqçi Mirzə Quliyevin və mexanik Elçin Rzazadənin rəhbərliyi altında isə dağ velosipedçiləri (MTB) Marina Akimova və Əli Zeynalzadə yarışacaq.

Qeyd edək ki, yarış iyulun 22-26-sı aralığında baş tutacaq.
Geri qayıt