Əsas Səhifə > Maraq > “Qarabağ” - “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılır
“Qarabağ” - “Şelburn” oyununun biletləri bu gün satışa çıxarılırBu gün, 11:00 |
![]() UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri bu gün satışa çıxarılır. BrendSport.az xəbər verir ki, saat 12:00-dan etibarən biletlərin satışına başlanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Satış məntəqələri iTicket.az (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassaları olacaq. Geri qayıt |