Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda: qiymətlər 1 və 2 manat
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda: qiymətlər 1 və 2 manatBu gün, 12:15 |
![]() UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb. BrendSport.az xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq, 1 və 2 manatdır. Qarşılaşma iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da təşkil olunacaq. Biletlər hər gün saat 10:00-dan 21:00-dək “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Geri qayıt |