Əsas Səhifə > Maraq > "Zirə" Türkiyədə keçirdiyi üçüncü yoxlama oyunundan da qalib ayrılıb
"Zirə" Türkiyədə keçirdiyi üçüncü yoxlama oyunundan da qalib ayrılıbDünən, 20:32 |
![]() "Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçında qələbə qazanıb. BrendSport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gəlib. Fanatik Tur Meydançalarında baş tutan matç "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun heyətində Abdul Aziz Batibie (60) və Şahmar Aşurov (71) fərqləniblər. Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub. Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək. Geri qayıt |