Əsas Səhifə > Maraq > Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilir

Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilir


5-05-2018, 09:56


5 may 2018-ci il tarixi, saat 11.00-da Park İnn otelində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.

BrendSport.az saytı xəbər verir ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olaraq əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etməkdir.

Tədbirdə dövlət rəsmiləri və digər qurumların nümayəndələri də iştirak edəcəklər.

Əlilliyi olan gənclərdən bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılması da baş tutacaq tədbirin əsas istiqamətlərindəndir. Məlumat üçün bildirək ki, ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.


Geri qayıt