Əsas Səhifə > Maraq > Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar
Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlarBu gün, 12:21 |
![]() Azərbaycanın stolüstü tennisçiləri Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında iştirak edəcəklər. BrendSport.az xəbər verir ki, Universiadada 7 idmançı mübarizə aparacaq. Heyətdə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev yer alacaq. İyulun 16-da başlayacaq yarışa ayın 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar. Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunacaq. Geri qayıt |