Əsas Səhifə > Maraq > "Zirə" növbəti yoxlama matçını keçirib
"Zirə" növbəti yoxlama matçını keçiribDünən, 19:52 |
![]() Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib. BrendSport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb. Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada "Zirə" rəqibini məğlub edib -1:0. Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub. Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1. Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək. Geri qayıt |