Əsas Səhifə > Maraq > Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıbBu gün, 14:05 |
![]() Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal əldə edib. BrendSport.az xəbər verir ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib. Finalda Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan S.Zeynalov gümüş medalla kifayətlənib. Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Geri qayıt |