Əsas Səhifə > Maraq > “Qarabağ” bu gün Niderland klubu ilə iki yoxlama görüşü keçirəcək

“Qarabağ” bu gün Niderland klubu ilə iki yoxlama görüşü keçirəcək


Bu gün, 10:42


Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” komandası bu gün növbəti yoxlama oyunlarını keçirəcək.

BrendSport.az
xəbər verir ki, Ağdam klubu “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə iki görüş baş tutacaq.

Kaprun stadionunda təşkil olunacaq matçlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.

“Köhlən atlar” Avstriyadakı ilk yoxlama qarşılaşmasında Ukraynanın "Metallist 1925" kollektivinə 4:5 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ”ın iyulun 2-də başlayan Avstriya toplanışı ayın 16-dək davam edəcək.
Geri qayıt