Əsas Səhifə > Maraq > "Araz-Naxçıvan" bu gün Superliqa təmsilçisi ilə üz-üzə gələcək

"Araz-Naxçıvan" bu gün Superliqa təmsilçisi ilə üz-üzə gələcək


Bu gün, 11:33


"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, "qırmızı-ağlar" Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da "Bayburtspor"la qarşılaşıb və 14 cavabsız qolla qalib gəlib. Komanda son matçını iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.
Geri qayıt