Əsas Səhifə > Maraq > Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub
Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurubBu gün, 12:55 |
![]() Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub. BrendSport.az xəbər verir ki, yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına (2:3) təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub. Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb. Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb. Geri qayıt |