Əsas Səhifə > Maraq > UEFA Avropa Liqası: "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub
UEFA Avropa Liqası: "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olubDünən, 22:00 |
![]() Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb. BrendSport.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Pavol Şafranko dubl edib. Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq. Geri qayıt |