Əsas Səhifə > Maraq > Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər

Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər


15-10-2024, 13:30


Sloveniyanın Podçetrtek şəhərində savatın assault növü üzrə böyüklər arasında dünya çempionatı keçirilib. 36 ölkədən idmançıların iştirak etdiyi çempionatda Azərbaycan millisi 5 savatçı ilə təmsil olunub.

BrendSport.az
xəbər verir ki, kişilər arasında Azərbaycan Savat Federasiyasının qərb bölgəsi üzrə təmsilçisi Beyrək Bağırov (85 kiloqram), qadınların mübarizəsində isə Tutu İsmayılova (48 kiloqram) medal qazanıblar. Tutu İsmayılova C qrupunda Ukrayna, Yaponiya və Avstriya idmançıları ilə mübarizədə qalib gələrək qrupu 9 xalla başa vurub və yarımfinala yüksəlib. Finala gedən yolda Fransa təmsilçisinə 1:2 hesabı ilə məğlub olan idmançı bürünc medala sahib çıxıb. Beyrək Bağırov isə C qrupunda Kanada, İtaliya və Mavritaniya idmançılarına qalib gələrək, 9 xalla yarımfinala çıxıb. Bu mərhələdə Fransa idmançısına uduzub və bürünc medalla kifayətlənib.

Bu, millinin tarixində savatın assault növü üzrə böyüklər arasında dünya çempionatında qazanılan ilk medallardır.
Geri qayıt