Əsas Səhifə > Maraq > Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib


15-10-2024, 17:00


Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.

Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı təmin edib.

Boksçu oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
Geri qayıt