Əsas Səhifə > Maraq > Cerrard “Reyncers”in "sükanı" arxasına keçə bilər

Cerrard “Reyncers”in "sükanı" arxasına keçə bilər


2-05-2018, 11:43


“Liverpul”un gənclər (U-19) komandasının baş məşqçisi Stiven Cerrard tezliklə iş yerini dəyişə bilər.

BBC-nin yaydığı xəbərə görə, veteran futbolçu hazırda “Qlazqo Reyncers”lə danışıqlar aparır. Məlumatı Cerrard özü də təsdiqləyib:

“Biz ilkin danışıqlar apardıq. 2 gün sonra yenidən bu mövzuya qayıdacağıq. Hazırda müəyyən qədər məşğulam. Cümə axşamı vəziyyətə baxacağıq”.

Qeyd edək ki, Şotlandiya təmsilçisi bu gün baş məşqçisi Qrem Martini istefaya göndərib.
Geri qayıt