Əsas Səhifə > Maraq > Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib

Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib


9-10-2024, 17:33


Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək U-22 Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları bəlli olub.

BrendSport.az
xəbər verir ki, ölkəmizi yarışda 13 boksçu təmsil edəcək.

Doqquz gün davam edəcək turnirdə Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Kamil Babayev (57 kiloqram), Ruslan Qədirov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Şəmsi Şahbazov (71 kiloqram), Fərhad Şeydayev (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Seyid Seyidov (86 kiloqram), Mehparə Məmmədov (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) qüvvəsini sınayacaq.

Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli azərbaycanlı hakim Anar Nağdiyev də yer alacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 12-də start veriləcək.
Geri qayıt