Əsas Səhifə > Maraq > Avropa Liqası: “Qarabağ” – “Malmö” oyununa 24 min bilet satılıb

Avropa Liqası: “Qarabağ” – “Malmö” oyununa 24 min bilet satılıb


3-10-2024, 15:57


Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

BrendSport.az
xəbər verir ki, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.
Geri qayıt