Əsas Səhifə > Maraq > Azərbaycan Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb

Azərbaycan Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb


9-09-2024, 16:14


Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafat əldə edib.

O, üçüncü yer uğrunda görüşdə monqolustanlı Qantuq Bayantura qalib gəlib.
Geri qayıt