Əsas Səhifə > Maraq > Çempionlar Liqası: Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb

Çempionlar Liqası: Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb


8-09-2024, 13:00


Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

BrendSport.az
xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında (4:3) məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Geri qayıt