Əsas Səhifə > Maraq > Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub


6-09-2024, 17:30


Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn S.Şükürov qitə çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Vüsal Qələndərzadə (73 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
Geri qayıt