Əsas Səhifə > Maraq > Millətlər Liqası: Slovakiya – Azərbaycan oyunu polşalı hakimə tapşırılıb
Millətlər Liqası: Slovakiya – Azərbaycan oyunu polşalı hakimə tapşırılıb5-09-2024, 12:43 |
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının II turunda Slovakiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb. BrendSport.az xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjaka olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək. Qeyd edək ki, görüş sentyabrın 8-də Slovakiyanın Koşitse şəhərində baş tutacaq. Geri qayıt |