Əsas Səhifə > Maraq > Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutub
Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutub4-09-2024, 23:15 |
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibinə 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub. Azərbaycanın digər təmsilçisi Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Bununla da dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Beləliklə, Azərbaycan millisi mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Cocu Səmədov (87 kiloqram) dünya ikincisi olub. Geri qayıt |