Əsas Səhifə > Maraq > “Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub


4-09-2024, 08:30


Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.

Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Geri qayıt