Əsas Səhifə > Maraq > UEFA "Qarabağ"ın rəqibini cərimələyib
UEFA "Qarabağ"ın rəqibini cərimələyib1-09-2024, 14:28 |
UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib. BrendSport.az xəbər verir ki, buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub. Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb. Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb. "Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək. Geri qayıt |