Əsas Səhifə > Maraq > "Qarabağ"ın müdafiəçisi: Hədəfimiz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir

"Qarabağ"ın müdafiəçisi: Hədəfimiz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir


27-08-2024, 18:51


"Hədəfimiz əsas mərhələyə yüksəlməkdir. Oyuna da çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, qalib gələn tərəf biz olaq".

BrendSport.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın "Dinamo" klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O, müdafiə xəttində müəyyən problemlərin olduğunu etiraf edib: "Amma ən önəmlisi, bu səhvlərimizdən dərs çıxarmaqdır. Tənqidlərə baxmayaraq, hər şey qaydasındadır. Bu, bizdə təzyiq yaratmır. Hər kəs sakitdir, hamının inamı tamdır. Düşünürəm ki, komanda olaraq hamımız yaxşı psixologiyadayıq. Sevindiricidir ki, avrokuboklarda təcrübəyə sahibik".

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə oynanılan ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Geri qayıt