Əsas Səhifə > Maraq > Avropa çempionu olan qapıçı B Seriyasında çıxış edəcək

Avropa çempionu olan qapıçı B Seriyasında çıxış edəcək


24-08-2024, 16:20


İtaliya millisinin heyətində AVRO-2020-nin qalibi olan qapıçı Salvatore Siriqunun yeni komandası bəlli olub.

BrendSport.az
xəbər verir ki, 37 yaşlı qolkiper ölkəsinin B Seriyası klublarından "Palermo" ilə müqavilə bağlayıb.

O, mövsümün sonuna qədər "çəhrayı-qaralar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Siriqu son olaraq Türkiyədə "Karagümrük" kollektivinin formasını geyinib.
Geri qayıt