Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəni dayandırıb
Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəni dayandırıb24-08-2024, 19:58 |
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb. BrendSport.az xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan komandamız İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə uduzan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub. Geri qayıt |