Əsas Səhifə > Maraq > Azərbaycan ağırlıqqaldıranları Qazaxda hazırlıq keçirlər

Azərbaycan ağırlıqqaldıranları Qazaxda hazırlıq keçirlər


23-08-2024, 12:50


Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası Qazaxda təlim-məşq toplanışına start veriblər.

BrendSport.az
xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan atletlər qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

AAF-ın vitse-prezidenti Firdovsi Umudov yığmanın düşərgəsinə baş çəkib. O, məşqçilər heyəti və idmançılarla görüşüb, problemləri ilə maraqlanıb. Məşqi izləyəndən sonra F.Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daima diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxışlar arzulayıb.
Geri qayıt