Əsas Səhifə > Maraq > Çexiya yığmasının sabiq qapıçısı hokkey komandasına qoşulub

Çexiya yığmasının sabiq qapıçısı hokkey komandasına qoşulub


21-08-2024, 13:10


İngiltərənin "Çelsi", "Arsenal" klublarının və Çexiya yığmasının sabiq qapıçısı Petr Çex "Belfast Cayants" hokkey komandasına qoşulub.

BrendSport.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

P.Çex "Belfast Cayants"ın qapıçısı Cekson Uistl Böyük Britaniya millisinin düşərgəsindən qayıdana qədər komandada çıxış edəcək.

"Belfast Cayants" onun karyerasında dördüncü hokkey klubu olub. 42 yaşlı qolkiper həmçinin "Qilford Feniks", "Oksford Siti Stars" və "Çelmsford Çifteyns" komandalarında oynayıb.

Qeyd edək ki, Petr Çex İngiltərə Premyer Liqasında "quru" oyunların sayına görə rekordçudur. O, bütün yarışlarda "Çelsi"nin heyətində 494, "Arsenal"da isə 139 matçda iştirak edib. Əfsanəvi qolkiper 2019-cu ildə futbolçu karyerasını başa vurub.
Geri qayıt