Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq


20-08-2024, 09:00


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo" (Zaqreb) klubunun qonağı olacaq.

"Maksimir" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

20 avqust

"Qarabağ" - "Dinamo" (Xorvatiya)

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Zaqreb, "Maksimir" stadionu.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
Geri qayıt