Əsas Səhifə > Maraq > IFFHS: "Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb
IFFHS: "Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb20-08-2024, 10:00 |
"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb. BrendSport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub. "Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib. Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın "Lans" (1977/1978), Kiprin "Omoniya" (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər. Geri qayıt |