Əsas Səhifə > Maraq > UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq


20-08-2024, 12:33


UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə "Omoniya" ilə üz-üzə gələcək "Zirə"nin səfər planı bəlli olub.

BrendSport.az
xəbər verir ki, komanda bu gün, saat 16:30-da çarter reysi ilə Larnaka şəhərinə yollanacaq.

"Zirə" oradan isə Nikosiyaya gedəcək. Avqustun 21-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra gerçəkləşəcək.
Geri qayıt