Əsas Səhifə > Maraq > Rusiya çempionu dopinqə görə cəzalandırılıb

Rusiya çempionu dopinqə görə cəzalandırılıb


19-08-2024, 16:17


Ağırlıqqaldırma üzrə Rusiya çempionu Xas-Maqomed Balayev iki il müddətinə diskvalifikasiya edilib.

BrendSport.az
xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyi (RUSADA) məlumat yayıb.

O, dopinqə görə cəzalandırılıb. İdmançının dopinq nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Balayev 2022-ci ildə Rusiya çempionu olub. O, 2020 və 2021-ci illərdə gümüş mükafat qazanıb.
Geri qayıt