Əsas Səhifə > Maraq > Dünya çempionatından Ümumdünya Oyunlarına

Dünya çempionatından Ümumdünya Oyunlarına


16-08-2024, 18:07


İtaliyanın Pesaro şəhərində keçiriləcək aerobika üzrə dünya çempionatının startına 6 həftə qalıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan milli komandasının iştirakı ilə keçiriləcək mundial sentyabrın 27-29-da baş tutacaq.

Yarışda 38 ölkədən 233 gimnast iştirak edəcək. Çempionat həm də gələn il Çenqduda (Çin) keçiriləcək Ümumdünya Oyunlarının seçmə mərhələsi xarakteri daşıyacaq.

Təsnifat mərhələlərinin nəticələrinə əsasən qarışıq cütlüklər, triolar, qruplar və aerobika rəqsləri yarışlarında ilk beş yeri tutan ölkə Ümumdünya Oyunlarında iştirak hüququ qazanacaq.
Geri qayıt