Əsas Səhifə > Maraq > "Ludoqorets"in baş məşqçisi "Qarabağ"la oyundan sonra istefaya göndərilib

"Ludoqorets"in baş məşqçisi "Qarabağ"la oyundan sonra istefaya göndərilib


15-08-2024, 10:55


Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə yerli "Maç Teleqraf" nəşri məlumat yayıb.

Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.
Geri qayıt