Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: "Qarabağ" səfərdə "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib

UEFA Çempionlar Liqası: "Qarabağ" səfərdə "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib


14-08-2024, 00:46


"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

BrendSport.az
xəbər verir ki, Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.
Geri qayıt