Əsas Səhifə > Maraq > Elnur Məmmədli: “Finaldan əvvəl Hidayətlə razılaşdıq ki, bu hekayədə gümüşə yer yoxdur”

Elnur Məmmədli: “Finaldan əvvəl Hidayətlə razılaşdıq ki, bu hekayədə gümüşə yer yoxdur”


9-08-2024, 14:00


“Fransalı Joan-Benjamin Qaba ilə finaldan əvvəl Hidayətlə yenidən hər şeyi danışdıq. Hər ikimiz razılaşdıq ki, bu hekayədə gümüş medala yer yoxdur”.

BrendSport.az
xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının (EJU) saytına açıqlamasında Pekin Olimpiya çempionu Elnur Məmmədli deyib.

EJU-nun Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı çempionluqla bağlı yazı hazırlayıb: “Azərbaycanın daha bir olimpiya qızılını 16 ildir necə gözlədiyi indi hamıya məlumdur. Buna görə də cüdo millimizin Parisdə iki çempionluq qazanması sensasiyalıdır. Birincisi, son Olimpiya çempionu Elnur Məmmədli ilə bağlılığı nəzərə alınmaqla, 73 kq çəkidə çıxış edən Hidayət Heydərov olub. Məmmədli 2008-ci ildə Pekində eyni kateqoriyada titul qazandı. Bu, emosional qələbə idi. Onun həyatı həmin anda dəyişdi. O, bu məqsədə çatmağın bütün incəliklərini bilir. Belə bir zəngin təcrübə ilə bütün vaxtını himayədarına sərf etmək və onun karyerasının zirvəsinə çatmasına kömək etmək məntiqli idi. Parisə qədər Heydərov bəlkə də daha yaxşı məşq edib, titullar yığıb. Amma Olimpiya Oyunları, digər turnirlərdən fərqli olaraq, dörd ildən bir keçirilir. Heydərov da, Məmmədli də bunu bilirdi”.

Məmmədli yetirməsinin hazırlığı barədə fikirlərini bildirib: “Bu, Hidayətin ilk Olimpiadası olduğundan xüsusi əhəmiyyət daşıyırdı. Biz ciddi hazırlaşmışdıq. Bu il Avropa, dünya və olimpiya çempionu olmaq məqsədi ilə razılaşdıq. İndi deyə bilərik ki, məqsədimizə çatdıq. Çətin, eyni zamanda şərəfli yol idi. İyulun 29-da, yarış günündə həmişəki kimi səhər tezdən oyandıq. Siması qətiyyətlə “çempion olacağam” deyirdi. Mən ona böyük motivasiya verdim, xatırlatdım ki, ardıcıl üç titul - Avropa, dünya və olimpiya çempionu titulu qazanan idmançımız yoxdur. Ona dedim ki, üçqat titul qazandıqdan sonra onun adı Azərbaycan tarixinə yazılacaq”.

Yarış göstərib ki, bu motivasiya bütün ilkin mərhələlərdə rəqiblərini məğlub edəndə Heydərovda olub. O, finalda günün əsas sensasiyası - reytinqdə 35-ci olan fransalı Joan-Benjamin Qaba ilə qarşılaşıb: “Bu nailiyyətin arxasında dəstək verən çox insanlar var. Xüsusilə, ölkəmizin Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, milli federasiyamız, həkimlər heyəti, məşqçilər komandası - hər kəs bu möhtəşəmi nəticənin əldə olunması üçün bütün səylərini əsirgəməyib. 73 kq çəkidə - mənim kateqoriyamda 16 ildən sonra yenə çempionumuz var. “Olimpiya qızılımın yeniləndiyini hiss edirəm. Amma düzünü desəm, Hidayətin qızıl medalı mənim üçün bir idmançı kimi öz qələbəmdən daha dəyərlidir”.
Geri qayıt