Əsas Səhifə > Maraq > Olimpiya çempionlarımız Avropa reytinqinin liderləri arasında
Olimpiya çempionlarımız Avropa reytinqinin liderləri arasında7-08-2024, 12:01 |
Dünya reytinqində lider olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Avropa cüdoçularının sıralamasında da mövqelərini möhkəmləndiriblər. BrendSport.az xəbər verir ki, Avropa reytinqində 7 çəkidə 4 ölkə təmsilçiləri liderdir. Azərbaycan, Gürcüstan və Fransanın daha çox – hərəyə 2 idmançısı zirvədə qərarlaşıb. Öz çəkilərində birinci yerləri gürcülər Tato Qriqalaşvili (81 kq) və Laşa Bekauri (90 kq), fransalılar Luka Mheidze (60 kq) və Teddi Riner (+100 kq) tutur. Avropa reytinqinin ən yüksək pilləsində moldovalı Denis Vieru da qərarlaşıb. O, 66 kq çəkidə liderdir. Geri qayıt |