Əsas Səhifə > Maraq > Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb

Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb


6-08-2024, 17:10


Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Geri qayıt