Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub
UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub6-08-2024, 22:00 |
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb. BrendSport.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. 89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub. Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək. Geri qayıt |