Əsas Səhifə > Maraq > Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat alıb

Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat alıb


6-08-2024, 11:59


Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.

Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
Geri qayıt