Əsas Səhifə > Maraq > Paris-2024: Azərbaycan avarçəkəni yarışı 17-ci sırada bitirib

Paris-2024: Azərbaycan avarçəkəni yarışı 17-ci sırada bitirib


3-08-2024, 11:45


Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

BrendSport.az
xəbər verir ki, C finalında mübarizə aparan idmançı fərdi yarışda qüvvəsini sınayıb.

O, bu gün 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt