Əsas Səhifə > Maraq > Selcan Mahsudovanın Olimpiadada debütü

Selcan Mahsudovanın Olimpiadada debütü


2-08-2024, 16:35


Bu gün batut gimnastımız Selcan Mahsudova “Paris-2024”də öz çıxışını nümayiş etdirib.

BrendSport.az
xəbər verir ki, dünyanın ən güclü 16 xanım batutçusu arasında yer alan idmançımız, təəssüf ki, finala vəsiqəni təmin edə bilməyib. Selcan olduqca yüksək səviyyədə hazırlıq nümayiş etdirən rəqiblərlə çox gərgin keçən mübarizədə, təsnifat mərhələsində 2-ci çıxışı zamanı topladığı 53.750 xalla sıralamanın 10-cu pilləsində yer alıb.

Selcan cəmi 10 ildir, ölkəmizdə inkişaf edən batut gimnastikasında ilk və tarixi lisenziyanı ölkəmizə qazandıraraq gimnastika tariximizdə yeni səhifə açdı.

Qeyd edək ki, onun rəqiblərinin bir çoxu daha əvvəl Olimpiada təcrübəsi olan gimnastlar olub, eləcə də Selcan builki lisenziyaçılar arasında ən gəncyaşlılardandır. Yalnız 10 il əvvəl ölkəmizdə inkişaf etməyə başlayan bu idman növündə artıq dünya səhnəsində ən güclülər sırasında yer almağımız Azərbaycan gimnastika məktəbi üçün böyük nailiyyətdir.

İnanırıq ki, 20 yaşlı gimnastımızın göstərdiyi əzmkarlıq və səbir gələcəkdə onun üçün daha böyük uğurlara qapı açacaq, başladığı Olimpiya səyahətində ölkəmizə medal sevinci yaşadacaq.
Geri qayıt