Əsas Səhifə > Maraq > Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb
Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb31-07-2024, 13:22 |
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. BrendSport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib Geri qayıt |