Əsas Səhifə > Maraq > Paris-2024: Azərbaycan avarçəkəni C/D yarımfinalında 3-cü olub

Paris-2024: Azərbaycan avarçəkəni C/D yarımfinalında 3-cü olub


31-07-2024, 12:37


Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

BrendSport.az
xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt