Əsas Səhifə > Maraq > Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır

Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır


29-07-2024, 20:10


Üzgüçülük üzrə üçqat olimpiya çempionu olan avstraliyalı Ariarne Titmus Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır.

BrendSport.az
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Titmus hesab edir ki, Olimpiya kəndindəki şəraitə görə ən yaxşı nəticəsini göstərə bilməyib.

İyulun 27-də idmançı 400 metr məsafəyə sərbəst üzgüçülükdə olimpiya qızıl medalını qazanıb.

Titmus həlledici yarışda məsafəni 3 dəqiqə 57,49 saniyəyə qət edib.

“Bu, bacara biləcəyim vaxt deyildi. Amma Olimpiya kəndində yaşamaq çıxışıma birbaşa mənfi təsir edir. Bu şərtlər yüksək nəticələr üçün nəzərdə tutulmayıb”, - idmançı bildirib.

Xatırladaq ki, avstraliyalı üzgüçü 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunun sahibidir. O, 2023-cü ilin iyulunda Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə 400 metr məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət etmişdi.
Geri qayıt