Əsas Səhifə > Maraq > Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib


28-07-2024, 18:30


Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

BrendSport.az
xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.

İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.
Geri qayıt