Əsas Səhifə > Maraq > “Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb

“Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb


18-07-2024, 23:00


UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyunu başa çatıb.

BrendSport.az
xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 120 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan “Şerif” növbəti mərhələyə vəsiqə qazanıb - 5:4. Komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitmişdi. “Zirə” mübarizəsini UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Qartalların rəqibi Slovakiya təmsilçisi “Dunayska Ştreda” olacaq.
Geri qayıt