Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ”ın səfər oyunu macarıstanlı hakimlərə tapşırılıb

Çempionlar Liqası: “Qarabağ”ın səfər oyunu macarıstanlı hakimlərə tapşırılıb


18-07-2024, 15:35


“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln” komandasına qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Vad olacaq. Ona həmyerliləri Vensel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bentse Çonka yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.
Geri qayıt